Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-02,
Seanews
Heyder Eliyev

“USV AS” ilk avtonom suüstü gəmisini İspaniya tərsanəsinə sifariş edib

Norveçin “USV AS” şirkəti İspaniyanın “Astilleros Gondan” gəmiqayırma zavodu ilə avtomatik suüstü nəqliyyat vasitəsinin (USV) istehsalı üçün müqavilə imzalayıb.

“Seanews.az”-ın məlumatına görə, belə bir gəmi sualtı qurğuların tədqiqi, saxlanması və təmiri üçün istifadə edildikdə, tullantılar və istismar xərcləri adi gəmilərlə müqayisədə xeyli aşağı olacaq.

Hətta CO2 emissiyalarının 90%-dən çox azalacağını təxmin edirlər.

Avtonom gəmi layihəsinin hazırlanması işlərinə 2018-ci ildə başlanıb və müştərilər, “Salt Ship Design”, texnologiya təminatçıları və müvafiq orqanlarla əməkdaşlıqda həyata keçirilib. 24 metr uzunluğunda və 7,5 metr enində olacaq gəminin naviqasiyası və avtomatik uzaqdan idarə edilməsi sistemlərinin təchizatçısı “Maritime Robotics” şirkəti olacaq.

Hibrid dizel-elektrik akkumulyatorlu hərəkət sistemi  gəmiyə açıq dənizdə 30 günədək enerji və yanacaq doldurmadan işləməyə imkan verəcək. Gəminin göyərtəsində 1,5 metrədək dərinlikdə işləyə bilən bir qayıq-aparat da olacaq.

Avtonom suüstü gəminin istismara verilməsi 2024-cü ilin dekabrına planlaşdırılır. Gəmi bütün sistemlər müxtəlif sınaqlardan keçdikdən sonra  - 2025-ci ildə işə başlaya biləcək.

Norveçin “USV AS” şirkəti “DeepOcean”, “Solstad Offshore” və “Østensjø”-nin birgə müəssisədir. Şirkət pilotsuz suüstü gəmilər donanmasının layihələndirilməsi və tikintisinə və sonrakı istismarına sərmayə qoymaq üçün yaradılıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır