Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

Ən böyük dəniz daşıyıcıları tamamilə elektron konosamentə keçməyi planlaşdırırlar

Rəqəmsal Konteyner Daşıma Assosiasiyasının (“Digital Container Shipping Association”, “DCSA”)  üzvləri olan doqquz ən böyük konteyner xətti “DCSA” tərəfindən hazırlanmış standartlar əsasında elektron konosamenti (“eBL”) tam tətbiq etməyi öhdəsinə götürüb.

“DCSA” hesab edir ki, kağızsız işləmək 6,5 milyard dollar birbaşa xərclərə qənaətə imkan verəcək və hər il dünya ticarətinə 30-40 milyard dollar qazandıra biləcək.

“Dəniz daşıyıcılarına ildə təxminən 45 milyon konosament verilir və onların yalnız 1,2%-i elektron olur”, - deyə “Splash” yazır.

Mürəxəssislərin fikrincə logistikada rəqəmsallaşma aktualdır və sənaye bu prosesi sürətləndirməlidir.

Xatırladaq ki, Rəqəmsal Konteyner Daşıma Assosiasiyası 2019-cu ildə yaradılıb. Niderlandda qeydiyyatdan keçən Assosiasiyaya “CMA CGM”, “A.P. Moller-Maersk”, “Hapag-Lloyd”, “MSC” və “ONE”, “Evergreen”, “Hyundai Merchant Marine”, “Yang Ming” və “ZIM” şirkətləri daxildir.

Seanews.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır