Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-18,
Seanews
Heyder Eliyev

İldə 2 milyon ton ammonyak emal ediləcək

Cənubi Koreyanın “Hyundai Heavy Industries” (“HHI”) tərsanəsi dünyanın ilk üzən ammonyak reqazifikasiya qurğusunun (FSRU) hazırlanması üçün Koreya Milli Neft Korporasiyası ilə əməkdaşlıq edib.

“Seanews.az”ın məlumatına görə, bu, ammonyakın Cənubi Koreyanın milli enerji sisteminin mühüm hissəsinə çevrilməsi istiqamətində daha bir addımdır.

Bu yaxınlarda doqquz Koreya şirkəti, o cümlədən “HDC Hyundai Industrial Development”, Seuldan 80 km aralıda yerləşən Dajin şəhəri sahilərindəki sənaye parkında ammonyak saxlama çənləri və neft məhsullarının daşınması üçün yanalma yerləri olan körpülər tikmək niyyətində olduqlarını bildirdilər. Tikintisinin 2030-cu ildə başa çatdırılması nəzərdə tutulan müəssisə ildə 2 milyon ton ammonyak emal edəcək.

Bundan əvvəl, bu ilin noyabrında “Samsung Group”-un bölmələrindən biri Koreyanın “KSS Line” gəmiçilik şirkəti ilə birlikdə hidrogen və ammonyakın daşınması üçün gəmilər hazırlamaq niyyətində olduqlarını bəyan etmişdilər. “Splash”-a görə, “KSS Line” ölkədə ammonyak daşınması təcrübəsi olan yeganə şirkətdir. Tərəflər digər ölkələrə hidrogen və ammonyak tədarük etməyi planlaşdırırlar.

Xatırladaq ki, “DNV” təsnifat cəmiyyəti prinsipcə Norveçin “H2Carrier” şirkətinin "yaşıl" hidrogen və ammonyak istehsalı və saxlanması üçün üzən zavod layihəsini bəyənib. “H2Carrier” şirkəti  “VLGC” qazdaşıyanını uzatmaq və ona zəruri avadanlıqlar quraşdırmaqla müvafiq üzən gəmiyə çevirəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır