Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-18,
Seanews
Heyder Eliyev

Yaxın illərdə “e-Naviqasiya” standartları məcburi xarakter ala bilər

Dəniz sənayesinin iştirakçıları arasında məlumat mübadiləsi üçün “Sitronics KT” (“Sitronics Group”-a daxildir) şirkəti dəniz rabitəsi platforması hazırlayıb. Bu, sahilboyu və gəmi sistemləri üçün rəqəmsal xidmətlərin yaradılması, işə salınması və qəbulu üçün vahid beynəlxalq çərçivədir.

“Seanews.az”ın məlumatına görə, hazırda platforma sınaqdan keçirilir.

Tərtibatçılar bir platforma yaratmağın zəruriliyini onunla izah edirlər ki, radio vasitəsilə məlumat mübadiləsi üçün adi kanal bir tərəfdən sadə və sabitdir, digər tərəfdən isə kifayət qədər "səs-küylü"dür, çünki çoxlu lazımsız mətn  efirə çıxır.

Hazırlanmış kommunikasiya platforması “e-Naviqasiya” xidmətlərinə çıxışı təmin edir. İnternetə hər hansı bir şəkildə qoşulduqda məlumat mübadiləsi avtomatik olaraq başlayacaq.

Şirkət qeyd edir ki, yaxın illərdə “e-Naviqasiya” standartlarının məcburi xarakter alacağı və onlara riayət edilmədən heç bir gəminin hansısa dövlətin limanına və ya ərazi sularına daxil ola bilməyəcəyi gözlənilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır