Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

ADDA-nın 1-ci kursuna qəbul olan tələbələrin nəzərinə!

Azərbaycan Dövlət Dəniz Akademiyasına qəbul olan tələbələrin www.portal.edu.az saytı üzərindən qeydiyyatı uğurla başa çatıb.

Növbəti mərhələdə tələbələr zəruri sənədlərin əslini Akademiyaya gətirməlidirlər. Eyni zamanda tələbələrdən geyim forması üçün ölçülər götürüləcək. Yataqxanaya ehtiyacı olanlardan isə müvafiq ərizə qəbul ediləcək.

Tələbələrdən saat 10:00-dan 15:00-a qədər qəbul olduqları ixtisas üzrə aşağıdakı tarixlərdə qeyd olunan ünvanlara yaxınlaşmaqları xahiş olunur:

“Dəniz naviqasiyası mühəndisliyi” ixtisasına qəbul olan tələbələr - 24 və 27 sentyabr tarixlərində, ADDA-nın 1-ci tədris korpusuna (Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 18, “Sahil” metrosu yaxınlığında)

“Gəmiqayırma və gəmi təmiri mühəndisliyi” ixtisasına qəbul olan tələbələr 28 sentyabr tarixində ADDA-nın 1-ci tədris korpusuna (Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 18, “Sahil” metrosu yaxınlığında)

“Gəmi energetik qurğularının istismarı mühəndisliyi” ixtisasına qəbul olan tələbələr 24 və 27 sentyabr tarixində, ADDA-nın 2-ci tədris korpusuna (Bakı şəhəri, Kazım Kazımzadə küçəsi 127, “Elmlər Akademiyası” metrosunun yaxınlığı, “Gömrük Hospitalı” ilə üzbəüz)

“Elektrik və elektronika mühəndisliyi” ixtisasına qəbul olan tələbələr 28 sentyabr tarixində ADDA-nın 2-ci tədris korpusuna (Bakı şəhəri, Kazım Kazımzadə küçəsi 127, “Elmlər Akademiyası” metrosunun yaxınlığı, “Gömrük Hospitalı” ilə üzbəüz)

Bir daha zəruri olan sənədlərin siyahısını nəzərinizə çatdırırıq:

1. Şəxsiyyət vəsiqəsinin əsli və surəti; (2 nüsxə)

2. Attestatın əsli və surəti;

3. Çağırışçı şəhadətnaməsi və ya hərbi biletin əsli və surəti;

4. Tibbi arayış (forma 086);

5. 8 ədəd 3x4 ölçülü fotoşəkil;

6. Abituriyentin iş nömrəsi və fin kodu;

7. Ödənişli tələbələr üçün ödəniş haqqında qəbzin əsli və surəti;

8. Tərcümeyi-hal;

9. İmtiyazlı tələbələr üçün imtiyazlı olduğunu təsdiq edən sənədin əsli və notarial qaydada təsdiq olunmuş surəti;


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır