• Bakı, 2021-09-20,
Seanews
Heyder Eliyev

Azərbaycan Dənizçilik Kollecinin subbakalavr pilləsinə qəbul olmuş abituriyentlərin nəzərinə!

Azərbaycan Dövlət Dəniz Akademiyasının Azərbaycan Dənizçilik Kollecinin tələbəsi adını qazananlar Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən yaradılmış www.portal.edu.az saytında 14-24 sentyabr tarixləri aralığında qeydiyyatdan keçməlidilər. Nəzərinizə çatdırırıq ki, bu portaldan qeydiyyatdan keçmək MÜTLƏQDİR.

Portaldan qeydiyyatdan keçməyənlər təhsil almaqdan imtina etmiş kimi hesab ediləcək və onların qəbul əmri verilməyəcək.

 Qeydiyyatdan keçmək üçün aşağıdakı sənədlər
 tələb olunur:

  1. Şəxsiyyət vəsiqəsinin əsli və surəti;
  2. Attestatın əsli və surəti;
  3. Çağırışçı şəhadətnaməsi və ya hərbi biletin əsli və surəti;
  4. Tibbi arayış (forma 086);
  5. 4 ədəd 3×4 ölçülü fotoşəkil;
  6. Abituriyentin iş nömrəsi və fin kodu;
  7. Ödənişli tələbələr üçün ödəniş haqqında çekin əsli və surəti;

İmtiyazlı tələbələr üçün imtiyazlı olduğunu təsdiq edən sənədin əsli və notarial qaydada təsdiq olunmuş surəti.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır