• Bakı, 2021-09-20,
Seanews
Heyder Eliyev

DİM ADDA-nın boş qalan plan yerlərinə qəbul olmaq istəyən abituriyentlərə müraciət edib

Dövlət İmtahan Mərkəzi Azərbaycan Dövlət Dəniz Akademiyasının boş qalan plan yerlərinə qəbul olmaq istəyən abituriyentlərə müraciət edib. 

DİM-dən bildirilib ki, Azərbaycan Dövlət Dəniz Akademiyasının rəhbərliyinin müraciətinə əsasən, Akademiyanın I ixtisas qrupu üzrə 139125 (инженер по морской навигации) və 139166 (инженер по эксплуатации судовых энергетических установок) kodlu ixtisaslarının müsabiqəsində iştirak edə biləcək rus bölməsi üzrə abituriyent olmadığı üçün həmin ixtisasları Azərbaycan bölməsi üzrə imtahan vermiş (I qrup) abituriyentlərin (ümumi balı 200-dən və imtahanının ikinci mərhələsi üzrə balı 100-dən az olmayan) seçə bilməsinə icazə verilib.

Qeyd olunan ixtisaslar üzrə tədris Azərbaycan dilində aparılacaq.

Xatırladaq ki, boş qalan plan yerlərinə ixtisas seçimi 10 sentyabr saat 23:59-dək davam edəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır