Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

ASCO iki yeni açıq müsabiqə elan edib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti Struktur idarələrinə tələb olunan gəmi və nəqliyyat  süzgəclərinin satınalınması məqsədilə müsabiqə elan edir.

Müsabiqədə iştirak etmək istəyən şəxslər www.asco.az səhifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumat əldə edə bilərlər. Müraciət üçün son müddət 2021-ci il mayın 07-si saat 17:00-dəkdir. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Sənədlər Azərbaycan dilində,2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Ünvan: Bakı, Heydər Əliyev prospekti 152,Neftçilər prospekti 2.

Əlaqə  telefonu: (012) 404-37-00, daxili: 1263.

*** 

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti Struktur idarələrinə tələb olunan Polad tikişsiz boru və dirsəklərin satınalınması məqsədilə müsabiqə elan edir.

Müsabiqədə iştirak etmək istəyən şəxslər www.asco.az səhifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumat əldə edə bilərlər. Müraciət üçün son müddət 2021-ci il mayın 17-si saat 17:00-dəkdir. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Sənədlər Azərbaycan dilində,2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Ünvan: Bakı, Heydər Əliyev prospekti 152,Neftçilər prospekti 2.

Əlaqə  telefonu: (012) 404-37-00, daxili: 1263


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır