Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

ADDA-ya qəbul olan abituriyentlərin nəzərinə!

Bu gündən tələbə adı qazanmış şəxslər sənədlərini təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Qeydiyyat oktyabrın 7-dək davam edəcək. Abituriyentlərin  qeydiyyatı  onlayn qaydada aparılacaq

Azərbaycan Dövlət Dəniz Akademiyasına qəbul olan abituriyentlər qeydiyyatdan keçmək üçün aşağıdakı linklərdən istifadə edə bilərlər:

  1.  https://form.jotform.com/202672089791464 -  Akademiyanın informasiya bazası
  1.  www.e-telebe.edu.az– Azərbaycan Respublikası Təhsil Nazirliyinin informasiya bazası

Hər iki linkdən qeydiyyatdan keçmək vacibdir.  

Akademiyanın informasiya bazasında onlayn qeydiyyat üçün tələb olunan ilkin sənədlər bunlardır:

  1. Şəxsiyyət vəsiqəsinin surəti
  2. Attestatın surəti
  3. Abituriyentin elektron ərizəsi və Fin kodu
  4. Sağlamlıq haqqında arayışın surəti (Arayışı yaşadığınız ərazi üzrə poliklinikadan ala bilərsiniz)
  5. 3x4 şəkil

Qeyd:

  1. Tələbə tanışlıq məqsədi ilə Akademiyaya gələndə qeyd olunan sənədlərin əslini gətirməlidir.
  2. Tələbələrin xüsusi geyim forması üçün aşağıdakı ölçüləri onlayn formada qeyd edilməlidir:

- Pencək

- Şalvar

- Köynək

- Palto

- Yubka (qızlar üçün)

Qeyd edək ki, müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır