• Bakı, 2020-10-01,
Seanews
Heyder Eliyev

Azərbaycan Dövlət Dəniz Akademiyası abituriyentlərə müraciət edib

Azərbaycan Dövlət Dəniz Akademiyası (ADDA) abituriyentlərin nəzərinə bir daha çatdırır ki, 2020/2021-ci tədris ili üçün Akademiyaya qəbul digər ali təhsil müəssisələrində olduğu kimi aparılır. Dövlət İmtahan Mərkəzinin 1-ci qrup üzrə keçirdiyi qəbul imtahanlarının nəticəsinə əsasən ixtisas seçiminə buraxılan hər bir abituriyent ADDA-nın dörd ixtisasından birini seçə biləcək.

Həmçinin əvvəlki illərdən fərqli olaraq bu il imtahandan əvvəl XÜSUSİ TİBBİ YOXLAMADAN keçmək tələbə olunmur. Akademiyaya qəbul olan abituriyent yaşayış yeri üzrə poliklinikadan sağlamlıq haqqında arayışı digər sənədlərlə bir yerdə təqdim edəcək. Sənədlərin nə vaxt verilməsi barədə elan saytımızda və Akademiyanın sosial şəbəkələrində yerləşdiriləcək.

ADDA bir daha bütün abituriyentlərə uğurlar arzulayır və qəbul imtahanlarının vaxtı barədə məlumatı əldə etmək üçün Dövlət İmtahan Mərkəzinin rəsmi saytını (www.dim.gov.az) izləməyi tövsiyə edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır