• Bakı, 2020-02-22,
Seanews
Heyder Eliyev

Aktauda II Xəzər Limanları və dəniz nəqliyyatı konfrans və sərgisi keçiriləcək

Gələn il 28-30 aprel tarixlərində Qazaxıstanın Aktau şəhərində II Xəzər Limanları və dəniz nəqliyyatı konfrans və sərgisi keçiriləcək.

Sərgi-konfransın ilk günündə Aktau limanına ziyarət təşkil olunacaq.

Növbəti günlərdə isə Yeni Avrasiya nəqliyyat sisteminin formalaşmasında Orta Dəhlizin rolu, Xəzər dənizi regionunda nəqliyyat infrastrukturunun hazırkı vəziyyəti və inkişafı,  Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun imkanlarından istifadə edərək AB-ASIA əməkdaşlığı, Xəzəryanı bölgənin və Qazaxıstanın Avrasiya tranzit mərkəzi kimi rolu, üstünlüklər və imkanlar,  Qara dənizin potensialı, Dəniz limanları, artan həcm və konteyner yük axını mövzularında sessiyalar təşkil olunacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır