Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-02,
Seanews
Heyder Eliyev

zər-Qara dəniz regionunda mineral gübrələrin istehsalı üzrə konfrans keçirilə

14-15 mart tarixində Bakıda “Argus Mineral gübrələr 2019. Xəzər-Qara dəniz regionunda istehsalat və logistika” mövzusunda konfrans keçiriləcək. Bu barədə Argus-un məlumatında deyilir. “Konfrans Azərbaycan, Rusiya, Qazaxıstan, Özbəkistan, Türkmənistandan mineral gübrələri istehsalçıları, Türkiyə, Ukrayna və Şərqi Avropa ölkələrindən beynəlxalq şirkətləri və distrubyutorlar, nəqliyyat-logistika sahəsində fəaliyyət göstərən şirkətləri birləşdirir”, – məlumatda qeyd olunur. Tədbir iştirakçıları SOCAR Karbamid zavodunun perspektivləri və Azərbaycanın beynəlxalq gübrə bazarına çıxışı, ASK sahəsində cari vəziyyət və ölkənin gübrələrə tələbatı, Xəzər regionunun gübrə istehsalçıları üçün ixrac tədarüklərinin əsas istiqamətləri və Mərkəzi Asiya və Xəzər regionu ölkələrində yeni yükboşaltma gücləri və nəqliyyat infrastrukturu obyektlərinə tələbata dair məsələləri müzakirə edəcəklər. Bundan başqa, konfrans çərçivəsində Qara dəniz və Aralıq dənizləri regionlarında ammonyak və karbamid bazarlarının icmalı dinləniləcək. Tədbir çərçivəsində iştirakçıların SOCAR-ın karbamid zavoduna səfəri baş tutacaq. İnterfax


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır