Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-19,
Seanews
Heyder Eliyev

A-da hava şəraiti ilə əlaqədar imtahanların vaxtı dəyişdir

Azərbaycan Dövlət Dəniz Akademiyasında hava şəraiti ilə əlaqədar imtahanların vaxtı dəyişdirilib. Akademiyadan verilən məlumata görə, 17.01.2019-cu il tarixinə təyin edilmiş imtahanlar şənbə günü 19.01.2019-cu il tarixinə keçirilib. Bütün imtahanlar (yazılı və test) saat 9:00-da başlayır. Qeyd edək ki, təhlükəli hava şəraiti ilə əlaqədar təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabinetinin 2019-cu il 16 yanvar tarixli sərəncamının icrasını təmin etmək məqsədi ilə “Təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə” əmr imzalayıb. Əmrə əsasən, hava şəraitinin kəskin pisləşəcəyi ilə əlaqədar olaraq 2019-cu il yanvarın 17-si və 18-i ölkə ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində təlim-tərbiyə prosesi dayandırılacaq və bununla bağlı bütün tədbirlər təxirə salınacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır