Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-19,
Seanews
Heyder Eliyev

: Qara dənizdə tapılan xilasedici qayıqdakı cəsəd Azərbaycan vətəndaşına məxsu

Qara dənizdə qəzaya uğrayan Panama bayrağı altında üzən “Volgo Balt 214”ə aid xilasedici qayıqdakı cəsəd Azərbaycan vətəndaşı – gəmi kapitanı İsmayılov Turbat Kamil oğluna məxsusdur. Bu barədə Dövlət Dəniz Agentliyindən bildirilib. Agentliyin məlumatında qeyd olunur ki, Türk Silahlı Güvənlik Hərəkət Mərkəzi tərəfindən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə Türkiyənin Samsun şəhəri yaxınlığında, Qara dənizdə qəzaya uğrayan Panama bayrağı altında üzən “Volgo Balt 214” gəmisi ilə bağlı məlumat daxil olub. Məlumatda Vanuatu bayrağı altında üzən “NURS” quru yük gəmisinin Rusiya Federasiyasının Tuapse limanından 48 mil qərbə “Volqo Balt 214” gəmisinə aid içərisində 1 cəsəd olan xilasedici qayıq aşkar etdiyi bildirilib. Hava şəraiti əlverişli olmadığından cəsədi qayıqdan götürmək və qayığı sudan qaldırmaq mümkün olmayıb. Qayığı “NURS” quru yük gəmisi yedəyə götürərək Rusiyanın Novorosiysk limanına istiqamət alıb. Limana çatan quru yük gəmisindən götürülən cəsədin şəxsiyyətinin müəyyən edilməsi prosesi həyata keçirilib.  Cəsədin Azərbaycan vətəndaşı – gəmi kapitanı İsmayılov Turbat Kamil oğluna məxsus olduğu müəyyən edilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır