Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-28,
Seanews
Heyder Eliyev

G-nin 160 illiyi ilə bağlı müsabiqəyə təqdim olunmuş əsərlərin “Facebook”-da səsverməsi başla

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illik yubileyi ərəfəsində gənc rəssamlar üçün elan etdiyi təsviri incəsənət (rəngkarlıq, heykəltəraşlıq, qrafika)  müsabiqəsinə təqdim olunmuş əsərlər “Facebook” sosial şəbəkəsi üzərindən açıq səsverməyə çıxarılıb. Səsvermə sentyabrın 5-dən -15 -dək keçiriləcək.  Bütün iştirakçılara bərabər hüquq yaradılıb.  Belə ki, əsərlər vahid albom şəklində “Facebook” da yerləşdirilib.  Saxta səslər xüsusi proqram vasitəsi ilə aşkarlanacaq və nəzərə alınmayacaq. Əsərlər BU SƏHİFƏ üzərindən paylaşılıb. “Facebook” səsverməsinin keçirildiyi müddətdə işlər paralel olaraq peşəkarlardan ibarət münsif heyətinə təqdim olunacaq. Ümumi müsabiqənin qalibləri “Facebook” səsverməsinin nəticələri və münsiflərin rəyi ilə  müəyyən ediləcək. Qaliblərin adı sentyabrın sonunda açıqlanacaq. Daha sonra Bakının böyük sərgi salonlarının birində bütün əsərlərdən ibarət üç günlük sərgi keçiriləcək.  Qeyd edək ki, müsabiqəyə gənc rəssamlar tərəfindən böyük maraq olub. Müəyyənləşdirilmiş müddət ərzində “Təşkilat Komitəsinə” daxil olan əsərlərdən 82-i şərtlərə uyğun olduğu üçün iştirak hüququ qazanıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır