Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-19,
Seanews
Heyder Eliyev

Argus Xəzər-Qara dəniz nəqliyyat dəhlizi 2018” V Beynəlxalq Konfransı keçirilə

Sentyabrın 12-13-də Tbilisidə “Argus Xəzər-Qara dəniz nəqliyyat dəhlizi 2018” V Beynəlxalq Konfransı keçiriləcək. Neft və nəqliyyat-logistika şirkətlərinin, neft emalı zavodlarının, terminalların nümayəndələrini, habelə müxtəlif ölkələrdən yanacaq istehlakçılarını bir araya gətirən ənənəvi məkana çevrilən konfrans iştirakçılara ən aktual məsələləri müzakirə etmək və Xəzər-Qara dəniz regionu bazarına dair unikal informasiya əldə etmək imkanı verir. Konfransın əsas mövzuları bunlardır: Xəzər-Qara dəniz regionunda yükdaşımaların dinamikası – yeni meyillər və imkanlar, Azərbaycan-Gürcüstan nəqliyyat dəhlizi – tranzit yükdaşımaları və inkişaf potensialı, neft və neft məhsullarının daşınması perspektivləri, strateji nəqliyyat dəhlizləri – Bakı-Tbilisi-Qars dəmir yolu, Şimal-Cənub, Çin-Avropa nəqliyyat marşrutları, tarif siyasətlərinin çevikliyi və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə Çindən və Mərkəzi Asiyadan Şərqi Avropa ölkələrinə konteyner daşımalarının əhəmiyyətinin artması, Xəzər-Qara dəniz regionunda mineral gübrələrin tədarükü potensialı – Azərbaycanın və Gürcüstanın infrastruktur obyektlərinin icmalı. Beynəlxalq konfransda iri neft, nəqliyyat-logistika şirkətlərinin, neft emalı zavodlarının, terminalların, gəmiçilik şirkətlərinin, treyderlərin, habelə Rusiya, Gürcüstan, Azərbaycan, Qazaxıstan, Bolqarıstan, Rumıniya, Türkiyə, İran, Özbəkistan, Şərqi və Qərbi Avropa ölkələrinin dövlət orqanlarının və əlaqədar nazirliklərinin nümayəndələri iştirak edəcəklər. Azərtac


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır