Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-29,
Seanews
Heyder Eliyev

A-da elmi-texniki konfrans keçirilə

5 aprel 2018-ci il tarixində Ümummilli  Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Dəniz  Nəqliyyatının  İnkişaf Perspektivləri” tələbə, magistrant və gənc tədqiqatçıların ənənəvi elmi-texniki konfransı keçiriləcək. Professor-müəllim heyəti, mütəxəssislər, doktorant və gənc tədqiqatçılar konfransın işində iştirak edə bilərlər. Konfransın işi aşağıdakı bölmələr üzrə keçiriləcək: Gəmiqayırma və gəmi təmiri Dəniz naviqasiyası və daşımalar Gəmi energetik qurğuları Gəmilərin elektrik avadanlıqları və avtomatikası Tətbiqi mexanika və riyaziyyat Su nəqliyyatının humanitar və dilçilik məsələləri İştirakçılar 10 mart tarixinə qədər elmi məruzələrini (iştirakçının soyadı, adı və elmi rəhbərini göstərməklə) təqdim etməlidirlər. Ən yaxşı məruzələr müvafiq  Respublika Konfranslarına tövsiyə olunacaq. Nümunəvi çıxışları ilə fərqlənənlər ADDA-nın fəxri diplomları ilə təltif ediləcəklər.  


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır