Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-29,
Seanews
Heyder Eliyev

"Ronald Reyqan" Yapon dənizinə qayıdacaq

ABŞ-ın “Ronald Reyqan” nüvə aviadaşıyıcısı Şimali Koreyanın raket buraxılışları fonunda Yapon dənizinə qayıdacaq.

“Yonhap” agentliyi məlumatına görə, Şimali Koreyanın son raket sınağından sonra təhlükəsizlik tədbirlərini gücləndirməsi nəzərdə tutulur.

Xatırladaq ki, Şimali Koreyanın oktyabrın 4-də səhər saatlarında buraxdığı ballistik raket Yaponiyanın şimalında yerləşən Aomori prefekturasının üzərindən uçaraq Sakit okeana düşüb. Bu, Şimali Koreyanın 2017-ci ilin sentyabrından bəri Yaponiya üzərindən buraxdığı ilk raketdir. Raketin təqribən 1000 kilometr yüksəklikdə uçduğu və 4600 kilometr məsafəni qət etdiyi bildirilir ki, bu da, Şimali Koreya üçün rekord göstəricidir.

Xarici KİV-lərdə Pxenyanın yaxın vaxtlarda nüvə sınağına hazırlaşdığı barədə məlumatlar da yayılmaqdadır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır