Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-29,
Seanews
Heyder Eliyev

Süveyş kanalının qazancı hər il 700 milyon dollar artacaq

Süveyş kanalının mənfəəti 2023-cü ildən tranzit ödənişlərinin 15% artması hesabına ildə təxminən 700 milyon dollar artacaq.

Bu barədə Süveyş kanalının administrasiyasının rəhbəri Usamə Rabia bildirib.

“Tranzit rüsumlarının artırılmasından sonra biz hər il 700 milyon dollar gəlir artımı gözləyirik”, - deyə Usamə Rabia “CNBC Arabia” telekanalına müsahibəsində bildirib.

2023-cü ilin yanvarından Süveyş kanalından keçid üçün ödənişlər 15%, yük daşıyıcıları və turist gəmiləri üçün rüsumlar 10% artacaq. Süveyş kanalının administrasiyası belə tədbirləri əksər növ gəmilərin icarəyə götürülməsinin gündəlik xərclərinin artması, həmçinin neft və qazın qiymətinin artması ilə izah edib.

Qeyd edək ki, martın 1-də gəmilər üçün tranzit rüsumları 5-10% artırılmışdı. 2021-2022-ci maliyyə ili üçün Süveyş kanalının gəliri rekord həddə - 7 milyard dollara çatdı.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır