Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-29,
Seanews
Heyder Eliyev

Böyük Britaniya Şimal dənizində kəmərləri qorumaq üçün gəmi göndərib

Böyük Britaniya Kral Hərbi Dəniz Qüvvələrinə məxsus “HMS Somerset” freqatı Norveç Hərbi Dəniz Qüvvələrinin gəmiləri ilə birlikdə boru kəmərlərinin keçdiyi Şimal dənizində patrul xidməti aparır.

“Report” xəbər verir ki, bu barədə NRK telekanalı məlumat yayıb.

“Kral Hərbi Dəniz Qüvvələrinin freqatı Şimal dənizindədir və boru kəmərlərinin yaxınlığında işləyənlərin mühafizəsini təşkil etmək üçün Norveç Hərbi Dəniz Qüvvələri ilə əməkdaşlıq edir”, - Böyük Britaniyanın Müdafiə Nazirliyi tviterdə bildirib.

Telekanalın məlumatına əsasən, freqatın göndərilməsi “Şimal axını” boru kəmərlərində baş verən son hadisələrlə əlaqədardır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır