Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-29,
Seanews
Heyder Eliyev

“Norilsk Nikel" öz donanmasını yaratmaq istəyir

Dünyanın ən böyük palladium və yüksək keyfiyyətli nikel istehsalçısı “Norilsk Nikel" məhsulların ixracına zəmanət vermək üçün öz donanmasını formalaşdırmaq imkanını nəzərdən keçirir.

Bu barədə TASS-a “Norilsk Nikel” şirkətinin Logistika departamentinin direktoru Ravil Nasıbullov Ümumrusiya Dəniz Konqresi zamanı məlumat verib.

“Mən istisna etmirəm ki, əksər məhsullarımız bu və ya digər şəkildə Asiya bazarlarına yönləndiriləcək. Buna uyğun olaraq, daşıma qabiliyyətimizi artırmağa məcbur olacağıq.  Biz bir şirkət olaraq məhsulların ixracına zəmanət üçün öz donanmamızı formalaşdırmaq barədə ciddi düşünürük. Potensial olaraq, bu universal donanmadan Asiya bazarlarından da məhsulların daşınmasında istifadə oluna bilər, - deyə Nasıbullov bildirib.

O aydınlaşdırıb ki, əvvəllər şirkətin Avropa regionundan gəmiləri cəlb etməkdə problemi olmayıb.

Seanews.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır