Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-29,
Seanews
Heyder Eliyev

BMT-nin icarəyə götürdüyü beşinci gəmi Çornomorsk limanına gəlib

“New Island” gəmisi taxıl üçün oktyabrın 2-də Çernomorsk limanına yan alıb.

Ukrayna İnfrastruktur Nazirliyinin məlumatına görə, bu, BMT-nin Ümumdünya Ərzaq Proqramı tərəfindən icarəyə götürülmüş beşinci gəmidir.

Gəmi anbarlarına buğda qəbul etdikdən sonra Somaliyə üzəcək.

Həmçinin oktyabrın 2-də “taxıl təşəbbüsü”nün həyata keçirilməsi çərçivəsində beş gəmi Odessa, Çornomorsk və Yujnı limanlarını tərk edib. Gəmilərin anbarlarında Afrika və Avropa ölkələri üçün ümumilikdə 114,7 min ton kənd təsərrüfatı məhsulları var. Misirə 31 min ton qarğıdalı çatdıracaq “Argo 1” teploxodu və Tunisə 10 min ton buğda aparan “Doğa K” gəmisi də onların arasındadır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır