Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

“Concordia Maritime” şirkəti üç gəmisini satır

İsveçin “Concordia Maritime” şirkəti özünün “P-Max” tipli  ərzaq məhsulları daşıyan 3 tankerini – “Stena Primorsk”, “Stena Performance” və “Stena Provence” gəmilərini satmaq üçün müqavilə bağlayıb.

“Seanews.az”ın məlumatına görə,  2006-cı ildə tikilmiş dedveyti 65,2 min ton olan tankerlər 2022-ci ilin dördüncü rübündə alıcıya təhvil veriləcək.

Avropadan olan alıcının adı açıqlanmayıb. Razılaşdırılmış qiymət 2022-ci ilin ortalarındakı bazar təxminindən xeyli yüksəkdir ki, bu da ərzaq məhsulları daşıyan tankerlərin qiymətlərinin kəskin artması ilə izah olunur. 2022-ci ilin mart ayının sonundan bəri 15 yaşlı “MR” gəmisi üçün baza qiymətləri (47.000 DWT) təxminən 70% artıb.

“Gəmilərin satışı ilk növbədə gəmilərin bahalaşmasından yararlanmaq üçün həyata keçirilir. İndi biz ikinci əl tonajlara böyük marağın olduğunu görürük. Tanker bazarı dövri xarakter daşıyır və bizim biznes modelimizə həm gəmilərin alınması, həm də satışı daxildir. Seçim vaxtı mühüm rol oynayır. İndi ən yaşlı gəmilərimizə görə bizə daha çox pul ödəyirlər”, - deyə “Concordia Maritime” şirkətinin baş direktoru Erik Levenhaupt bildirib.

“Concordia Maritime” (Stokholm) neft məhsulları, kimyəvi maddələr və bitki yağlarının dəniz yolu ilə daşınması üzrə ixtisaslaşmış beynəlxalq tanker gəmiçilik şirkətidir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır