Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

"Muifa" qasırğası gəmiqayırma zavodlarında tikilən gəmilərə də ziyan vurub

Güclü "Muifa" qasırğası Yantsze çayı deltasındakı gəmiqayırma zavodlarında tikilən gəmilərə də ziyan vurub.

“Seanews.az”ın məlumatına görə,  xüsusilə, “Cosco Shipyard Qidong” tərsanəsində tikilməkdə olan istehsal platforması və dəniz külək turbinlərinin quraşdırılması üçün gəmi zədələnib.

Belə ki, güclü külək nəticəsində Amerikanın “Kosmos Energy” şirkətinin sifarişi ilə hazırlanan platformanın yanalma kəndirləri qırılıb və platformanı 200 metr uzağa aparıb. Gəminin yenidən yerinə gətirilməsi və zəruri təmir xərclərinin sığorta ilə qarşılanacağı gözlənilir.

“Jan De Nul” şirkəti üçün tikilən külək turbinli "Voltaire" gəmisinin də kəndirləri qırılıb, helikopter meydançası və kran avadanlıqlarının ayrı-ayrı hissələri zədələnib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır