Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

“Fincantieri” və “Viking” yeni kruiz gəmilərinin tikintisinə dair müqavilələri təsdiqləyiblər

“Fincantieri” və “Viking”  2018-ci ilin mart ayında altı gəmi üçün seçim elanından sonra üçüncü və dördüncü kruiz gəmilərinin tikintisi müqavilələrinin etibarlılığını təsdiqləyiblər.

“Seanews.az” xəbər verir ki, hər iki tərəf, həmçinin maliyyənin mövcudluğu şərti ilə beşinci və altıncı gəmilər üçün müqavilələr imzalayıb. Müqavilələrin ümumi dəyəri təxminən 1,7 milyard avrodur.

Yeni kruiz gəmilərinin 2026 və 2027-ci illərdə, daha iki gəminin isə 2028-ci ildə istismara verilməsi planlaşdırılır.

“Viking” şirkəti 2012-ci ildən bəri 10 gəmi sifariş edib. Altı gəmidən ibarət yeni seriya gəmi sahibi ilə əməkdaşlıqda, əvvəlki layihələrin ən yaxşı texniki həlləri və  son texnologiyadan istifadə edilməklə modernləşdirilib və yenidən işlənib. “Vikinq” gəmiləri müasir naviqasiya qaydalarına uyğun tikiləcək və qabaqcıl təhlükəsizlik sistemləri ilə təchiz ediləcək. Yeni nəsil gəmilər arasındakı fərq hidrogen yanacaq elementlərinin istifadəsi olacaq.

Bu günə qədər “Fincantieri” şirkəti “Vard” tərsanəsində iki ixtisaslaşdırılmış ekspedisiya gəmisinin layihələndirilməsi və inşası sifarişləri də daxil olmaqla, “Vikinq” üçün ümumilikdə 18 gəmi tikib və tikməkdə davam edir.

Yaşı iki əsri keçən “Fincantieri” dünyanın ən böyük gəmiqayırma qruplarından biridir. 7 mindən çox gəmi inşa edən qrup dörd qitədə yerləşən, 20 mindən çox işçisi olan 18 gəmiqayırma zavodunu birləşdirir. Hazırda şirkətin sifariş qovluğunda 106 müxtəlif gəmi var.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır