Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-02,
Seanews
Heyder Eliyev

Qara dənizdə hərbi gəmi zərərsizləşdirmək istəyərkən mina partlayıb

Qara dənizdə Rumıniyanın “Leytenant Dimitrie Nicolescu” adlı hərbi gəmisi zərərsizləşdirməyə çalışdığı minaya düşüb.

Rumıniya Müdafiə Nazirliyi bildirib ki, gəmiyə Konstansa limanından təxminən 25 mil şimal-şərqdə minanın olması barədə xəbərdarlıq edilib. Lakin güclü dalğalar və külək səbəbindən komanda onu zərərsizləşdirə bilməyib. Nəticədə mina partlayıb.

“Hadisə nəticəsində ölən və yaralanan olmayıb, gəmidəki 75 hərbçi təhlükəsiz vəziyyətdədir, partlayış gəminin üzmə qabiliyyətinə təsir göstərməyib, göyərtədə ciddi xəsarət yoxdur”, - Rumıniya Müdafiə Nazirliyi bildirib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır