Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-03,
Seanews
Heyder Eliyev

Niderlandın yük gəmisi toqquşmadan sonra Danimarka sahillərində batıb

“Helge” universal quru yük gəmisi soyuducu konteynerlər daşıyan “Wild Cosmos” ilə toqquşub.

“Seanews.az”“ xəbər verir ki, insident Danimarkanın Ringkebing şəhərindən 32 mil şimal-qərbdə Şimal dənizində hər iki gəmi eyni istiqamətdə hərəkət edərkən baş verib.

Quru yük gəmisinin gövdəsi deşilib, gəmiyə su daxil olmağa başlayıb. Sonrakı xəbərlərdə gəminin batdığı və yeddi heyət üzvünün xilas edildiyi bildirilib. 

“Helge” yük gəmisi Antverpendən Hereye (Norveç), “Wild Cosmos”   konteyner gəmisi  Durbandan (Cənubi Afrika) Tallinə gedirmiş.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır