Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-03,
Seanews
Heyder Eliyev

Duysburq limanı ilə Antverpen-Brügge limanı arasında müqavilə imzalanıb

Almaniyanın Duysburq limanı ilə Belçikanın Antverpen-Brügge limanı arasında uzunmüddətli tərəfdaşlıq müqaviləsi imzalanıb.

“Seanews.az”ın məlumatına görə,  sənədi Flamandın Baş naziri Yan Jambonun iştirakı ilə Duysburq limanının baş direktoru Markus Bangen və Antverpen-Brügge limanının baş direktoru və İcraiyyə Komitəsinin sədri Jak Vandermeyren imzalayıblar.

Limanlar dəniz sənayesinin enerji keçidi, dəmir yolu nəqliyyatının, daxili rabitə və liman infrastrukturunun inkişafı sahəsində əməkdaşlıq edəcəklər.

Enerji keçidi sahəsində tərəflər “yaşıl” hidrogenin qəbulu, saxlanması və paylanması üçün həllər hazırlayacaqlar. Məqsəd hər iki limanın Avropa üçün nəqletmə mərkəzlərinə çevriləcəyi beynəlxalq hidrogen tədarük zəncirinin qurulmasıdır.

Bu məqsədə nail olmaq üçün Duysburq və Antverpen-Brügge limanları planlaşdırılan boru kəmərləri şəbəkəsinə əlavə olaraq müntəzəm dəmir yolu əlaqəsi yaratmaq və dəmir yolunu “mobil boru kəməri”nə çevirmək istəyir.

Hər iki liman 2050-ci ilə qədər iqlim neytrallığını hədəflədiyinə görə ekoloji təmiz liman idarəetmə avadanlığının inkişafı da tərəfdaşlığın bir hissəsidir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır