Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-03,
Seanews
Heyder Eliyev

G7 ölkələri Rusiya neftini razılaşdırılmış həddən yuxarı qiymətə daşıyan gəmilərin sığortasını qadağan etmək niyyətindədirlər

Böyük Britaniyanın maliyyə naziri Nadeem Zahavi bildirib ki, G7 ölkələri Rusiya neftini  razılaşdırılmış həddi aşan qiymətə daşıyan gəmilərin sığortasını qadağan etmək niyyətindədirlər.

Onun bəyanatı Britaniya hökumətinin saytında dərc olunub.

“Seanews.az”ın məlumatına görə, G7 tərəfdaşları ilə birgə qərarın Vaşinqtonda ABŞ-ın maliyyə naziri Canet Yellen ilə görüşündən sonra qəbul edildiyi bildirilir. G7 ölkələri razılaşdırılmış həddən artıq Rusiya neftini daşıyan gəmilərin sığortası və maliyyələşdirilməsi kimi xidmətlərin qadağan edilməsi ilə bağlı razılığa gəliblər.

Daha əvvəl Rusiyadan neft qiymətlərinə məhdudiyyətlərin 5 dekabr 2022-ci ilə qədər tətbiq oluna biləcəyini yazmışdıq.

Rusiyaya qarşı sanksiyalar ilk dəfə Aİ tərəfindən 2014-cü ildə tətbiq edilib və Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatına başladıqdan sonra 2022-ci ilin fevralından etibarən əhəmiyyətli dərəcədə genişləndirilib. Hal-hazırda onlar məhdud sahələr də daxil olmaqla geniş spektrli tədbirlərdən ibarətdir


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır