Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-03,
Seanews
Heyder Eliyev

Yenidənqurmadan sonra terminalın tutumu 7 milyon TEU olacaq

Liman operatoru “Hutchison Ports” və  “Terminal Investment Limited Sarl” (“TIL”) şirkəti Europahavendə (Rotterdam, Niderland) yeni konteyner terminalının inkişafında əməkdaşlıq etmək niyyətlərini açıqlayıblar.

“Seanews.az”-ın məlumatına görə,  bu barədə şirkətlərin birgə bəyanatında deyilir.

Rotterdam Liman İdarəsi bu layihə üçün körpü divarlarının yenidən qurulmasına cavabdeh olacaq. Bütün terminal inkişaf etdiriləcək və mərhələli şəkildə istifadəyə veriləcək.

Yeni terminalın ümumi uzunluğu 2,6 km olan beş körpüsü olacaq.

Rotterdam limanının baş direktoru Allard Kasteleynin sözlərinə görə, yenidənqurmadan sonra terminalın gözlənilən tutumu 6 ilə 7 milyon TEU arasında olacaq. Terminal 2027-ci ildə fəaliyyətə başlayacaq.

Ən böyük liman investorlarından və operatorlarından biri olan “Hutchison Ports” Asiya, Yaxın Şərq, Afrika, Avropa, Amerika və Avstraliyanın 25 ölkəsində 48 liman şəbəkəsini idarə edir.

İnkişaf etmiş infrastruktura malik Rotterdam isə Avropanın ən böyük liman mərkəzidir. 120 terminal olan Rotterdam limanının illik dövriyyəsi orta hesabla 450 milyon  ton təşkil edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır