Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-03,
Seanews
Heyder Eliyev

Belçika şirkətləri Antverpen-Brügge limanında ammonyak qəbulu üçün terminalın layihəsi üzərində işləyəcəklər

Belçika şirkətləri “Fluxys”, “Advario Stolthaven Antwerp” (“Stolthaven Terminals” ilə bərabər paylı birgə müəssisə) və “Advario Gas Terminal” Antverpen-Brügge limanında "yaşıl" ammonyak qəbulu üçün terminalın tikintisinin texniki-iqtisadi əsaslandırılmasının aparılması sahəsində əməkdaşlıq edəcəklər.

“Seanews.az”-ın məlumatına görə, tərəfdaşlar logistika, yüklərin daşınması və boru kəmərləri ilə nəqli sahəsində təcrübələrini birləşdirəcəklər. “Fluxys”, “Advario Stolthaven Antwerp” və “Advario Gas Terminal” Avropanın şimal-qərbində lazım olan ammonyakın idarə edilməsi üçün ən yaxşı həll yolunu axtaracaqlar.

Qəbul terminalının 2027-ci ildə istifadəyə verilməsi planlaşdırılır. Gələcəkdə terminal ammonyakın yenidən hidrogenə çevrilməsi imkanı ilə müxtəlif nəqliyyat növləri (qatarlar, yük maşınları, barjalar və yerli sənaye sahələrinə qoşulan boru kəmərləri) ilə ammonyakın saxlanması və daşınması üçün istifadə olunacaq. Terminal həmçinin şimal-qərbi Avropanı təchiz etmək üçün “Fluxys”-in əlverişli hidrogen şəbəkəsinə qoşulacaq.

Belçikanın” qazın nəqli və saxlanması ilə məşğul olan qaz ötürmə şirkəti  “Fluxys” həm də böyük və kiçik miqyaslı LNG seqmentində infrastruktur xidməti təminatçısıdır. Şirkət Şimali Avropada ildə 82 milyard kubmetr tutumlu qaz kəmərləri şəbəkəsinə malikdir, qaz və LNG təchizatı və saxlanması ilə məşğul olur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır