Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-02,
Seanews
Heyder Eliyev

Ukraynanın Nikolayev Ticarət Dəniz Limanındakı yeganə xarici taxıl terminalı işini bərpa edib

Ukraynanın Nikolayev Ticarət Dəniz Limanında yeganə xarici taxıl terminalı – “POSCO İnternational” - işini bərpa edib.

“Seanews.az”-ın məlumatına görə, anbarlarında 61 min ton yem taxılı olan ilk gəmi Cənubi Koreyaya istiqamət götürüb.

Gəminin sentyabrın sonunda İncheon limanına çatacağı gözlənilir.

“Pulse” nəşri yazır: “POSCO İnternational” Nikolayev limanında taxıl ixracı terminalına sahib olan və onu idarə edən yeganə Koreya şirkətidir”. Terminal 2019-cu ilin sentyabrında açılıb. Fevral ayınadək, terminaldan Koreya, Avropa, Şimali Afrika və Yaxın Şərqə 2,5 milyon ton taxıl daşınıb”.

Terminalın fəaliyyəti bu ilin fevral ayından müvəqqəti olaraq dayandırılmışdı, iyun ayından yerüstü əməliyyatlar bərpa olunub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır