

Malayziyada saxlanılan “Primorye” tankeri sərbəst buraxılıb
Dayanma qaydalarını pozduğuna görə Malayziyanın sularında saxlanılan Rusiyaya məxsus “Primorye” tankeri sərbəst buraxılıb.
"Seanews.az" xəbər verir ki, bu barədə “RİA Novosti”-yə gəmi sahibi “Nayada” MMC-nin nümayəndəsi məlumat verib.
O, gəminin Sinqapurdan Malayziyaya getdiyini və gəmi sahibinin əlavə göstərişlərini gözləyərək yolboyu Malayziyanın iqtisadi sularında lövbər saldığını bildirib.
Sərhəd orqanları yoxlamaq üçün avqustun 21-də gəmiyə gəlib və “Primorye” tankerigəmi agentinin Malayziya qaydalarını pozması səbəbindən saxlanılıb. Bütün heyət üzvləri heç bir məhdudiyyət olmadan gəmidə olub və gəminin sərbəst hərəkətini gözləyib.
“Məsələ bitib. Planda tankerin günün sonuna kimi yola düşməsi və işə davam etməsi nəzərdə tutulur. Hava bir qədər dəyişib, tufanlıdır, ona görə də gəminin hərəkəti havadan asılıdır. Cərimə ilə bağlı məsələ həll olunur, lakin gəmi buraxılıb”, - deyə şirkət nümayəndəsi vurğulayıb.