Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-09-16,
Seanews
Heyder Eliyev

Səfər iki həftədən bir həyata keçiriləcək

“Tranzit Şamora” konteyner gəmisi ilk dəfə Vladivostokun “Pervomayski” (VMPP) dəniz limanının 42-ci körpüsünə yan alıb.

“Seanews.az”-ın məlumatına görə,“Transit”-ə məxsus bu konteyner gəmisinin tutumu 704 TEU-dur.

Tranzit dəniz xətti Pusanda yüklənmədən birbaşa Çin (Sindao) - Çin (Sinqanq) - Vladivostok xidmətini təmin edir. Səfər müntəzəm olaraq iki həftədən bir həyata keçiriləcək. Gəmi Çin limanlarından Vladivostoka 4 günə gedəcək.

“Transit” şirkətində ümid edirlər ki, dəniz xəttinə yeni gəminin buraxılması çatdırılma müddətini azaltmaqla yanaşı, Rusiya ilə Çin arasında nəqliyyat dəhlizinin ötürücülüyünü artıracaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır