

ABŞ-ın desant gəmisi Litvaya gəlib
ABŞ-ın 22-ci ekspedisiya korpusunun flaqman gəmisi “USS Kearsarge Litvanın Klaypeda limanına gəlib.
APA-nın xəbərinə görə, bu barədə ABŞ-ın Vilnüsdəki səfirliyi məlumat yayıb.
Gəminin göyərtəsində qırıcı təyyarələr, helikopterlər, raketlər və 1500 dəniz piyadası yer alır.
Gəminin uzunluğu 253, eni 60 metrdir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır