Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-17,
Seanews
Heyder Eliyev

BMT Ukraynadan Afrikaya taxıl daşıyan daha çox gəmi göndərməyi planlaşdırır

BMT Afrikaya daha çox taxıl daşıyan gəmilərin göndərilməsini təşkil etmək niyyətindədir.

Trend xəbər verir ki, bunu "TASS"ın sualını cavablandıran BMT baş katibinin nümayəndəsinin müavini Fərhan Haq deyib.

"Biz Afrikaya daha çox ərzaq göndərmək üçün səy göstəririk. Bildiyiniz kimi, BMT-nin Ümumdünya Ərzaq Proqramının icarəyə götürdüyü “Brave Commander” gəmisi artıq oraya gedib", - deyə F.Haq bildirib.

Onun sözlərinə görə, gəmilərin Ukrayna limanlarına və oradan ərzaq yükləri ilə hərəkəti ərzaq böhranının yumşaldılmasına kömək edir: "Gəmilərin hərəkətinin özü qiymətlərə olan təzyiqi azaldır. Gəmilər Afrikaya getməsələr belə, onların hərəkəti qlobal ərzaq qiymətlərinin aşağı düşməsinə kömək edir və bütün dünyaya kömək edir".


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır