Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-17,
Seanews
Heyder Eliyev

Ukraynadan 15 min ton bitki yağı daşıyan tanker Klaypeda limanını tərk edib

Ukraynadan 15 min ton bitki yağı daşıyan gəmi Klaypeda limanından yola çıxıb.

AZƏRTAC Litva mediasına istinadla xəbər verir ki, bu, Klaypeda limanı vasitəsilə daşınan Ukrayna yeyinti mallarının ilk böyük partiyasıdır.

Bu barədə məlumat verən Bega kompaniyasının direktorlar şurasının sədri Aloizas Kuzmarskis təyinat məntəqəsini açıqlamayıb. Lakin Ukrayna bitki yağlarından ibarət əvvəlki yük Dunkerk limanına (Fransa) çatdıtılmışdı.

Ukrayna məhsulları Klaypedaya may ayından daxil olmağa başlayıb. Kuzmarskis bildirib ki, yüklərin limana gətirilməsi ilə bağlı problemləri aradan qaldırmaq mümkün olub, axın sabitləşib, logistika müddəti qısalıb.

Ukraynadan kənd təsərrüfatı məhsulları Litvaya Polşa üzərindən gətirilir. Yükləri “Litva dəmir yolları”nın törəmə müəssisələri LTG Cargo и LTG Cargo Polska kompaniyaları tərəfdaşları ilə birgə daşıyır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır