

Tikilməkdə olan “Johan Castberg” gəmisində yanğın baş verib
Equinor üçün tikilən "Johan Castberg" gəmisində axşam saatlarında yanğın baş verib. Hadisə zamanı FPSO gəmisi Storddakı (Norveç) “Aker Solutions” gəmiqayırma zavodunun təchizat yanalma körpüsündə olub.
“Seanews.az”-ın məlumatına görə,gəmidə işləyən bütün heyət dərhal təxliyə edilib. Yanğın söndürülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Gəmi bir neçə ay əvvəl Boskalis tərəfindən “Aker Solutions” şirkətinin Storddakı gəmiqayırma zavoduna gətirilib. Burada yuxarı modullar və qüllələr quraşdırılmalı, naqillər çəkilməlidir.
Gəmi istismara hazır olduqdan sonra Hammerfestdən 240 km şimal-qərbdə, Barents dənizindəki “Johan Castberg” yatağında Equinor tərəfindən idarə olunacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır