

Əl-Fav 67 yanalma körpüsü ilə Yaxın Şərqin ən böyük konteyner limanına çevriləcək
Pusan Liman İdarəsi, “SM Line” və “Daewoo Engineering & Construction” (“Daewoo E&C”) İraqın Əl-Fav limanında konteyner terminalının konsessiyasına dair danışıqlar aparmaq üçün konsorsium yaradıb.
“Seanews.az”-ın məlumatına görə, Cənubi Koreya konsorsiumunun hədəfə aldığı terminala ilk növbədə Əl-Fav limanı daxildir. O, “Daewoo E&C” tərəfindən tikilir. Koreya şirkəti müvafiq müqaviləni 2020-ci ilin dekabrında imzalayıb. Müqavilə 2,7 milyard dollar dəyərində qiymətləndirilib.
Birinci mərhələ tutumu 23 000 TEU-a qədər olan meqakonteyner gəmilərini qəbul edə biləcək beş körpünün tikintisini nəzərdə tutur. Birinci mərhələ 2028-ci ildə tamamlanmalıdır. Bu mərhələdə limanın ötürmə qabiliyyəti 4 milyon TEU olacaq.
Tikinti 2038-ci ildə yekunlaşdıqdan sonra Əl-Fav limanında 100-ə yaxın yanalma körpüsü olacaq. Limanın illik konteyner dövriyyəsinin 7,5 milyon TEU olacağı planlaşdırılır. Bununla da, Əl-Fav 67 yanalma körpüsü ilə Cebel Əli limanını keçərək Yaxın Şərqin ən böyük konteyner limanına çevriləcək.
Əl-Fav limanının tikintisi planı hələ 2010-cu ildə elan edilmişdi, lakin neft böhranı və İraqdakı siyasi qeyri-sabitlik səbəbindən tikinti işləri bir müddət dayandırılmışdı.