Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-09-16,
Seanews
Heyder Eliyev

“Fincantieri” gəmiqayırma qrupu kruiz gəmilərinin tikintisi üçün 500 milyon avro kredit götürüb

“Fincantieri” gəmiqayırma qrupu “Intesa Sanpaolo” Bankı ilə 500 milyon avroluq kredit müqaviləsi imzalayıb.

“Seanews.az”-ın məlumatına görə, Üç illik maliyyələşdirmə kruiz gəmilərinin tikintisi ilə bağlı maliyyə ehtiyaclarının ödənilməsinə yönəldiləcək.

“Fincantieri” dünyanın ən böyük gəmiqayırma qruplarından biridir. Şirkətin  inşa etdiyi gəmilərin sayı 7000-dən çoxdur. Kruiz laynerləri üzrə ixtisaslaşan şirkət, həmçinin hərbi-dəniz gəmiləri, gəzinti bərələri, meqa-yaxtalar və xüsusi gəmilər üçün sifarişlər qəbul edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır