Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-09-16,
Seanews
Heyder Eliyev

İran Rusiyaya yüklərin daşınması üçün 300 konteyner ayırıb

İran gəmiçilik donanması (IRISL) Rusiya, Hindistan və İranı birləşdirməli olan Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi ilə Rusiyaya yüklərin daşınması üçün 300 konteyner ayırıb.

“APA-Economics” “Rossiyskaya qazeta”ya istinadən xəbər verir ki, İran sınaq marşrutunu uğurla başa vurub və Hindistandan Rusiyaya və əks istiqamətdə müntəzəm yük tranzitinə başlayıb. IRISL yaxın gələcəkdə konteynerlərin sayını artıracaqlarını və Xəzər dənizində yüklərin daşınması üçün əlavə gəmilər tikəcəyini bildirib.

Xatırladaq ki, Hindistan, Rusiya və İran Şimal-Cənub dəhlizinin yaradılması haqqında sazişi 2000-ci ildə imzalayıb. Sonradan sazişə daha 10 ölkə, o cümlədən Azərbaycan da qoşulub.

Sosial-Siyasi Araşdırmalar Mərkəzinin direktoru Vladimir Yevseyevin sözlərinə görə, əvvəlcə “Şimal-Cənub”un Xəzər dənizi vasitəsilə Baltik ölkələrlə Hindistanı birləşdirəcəyi, Rusiyanın isə tranzit məntəqəsinə çevriləcəyi nəzərdə tutulurdu. Lakin Avropanın bağlandığı şəraitdə yeni dəhliz Rusiyaya malların çatdırılması üçün əsas marşrutlardan birinə çevrilir.

Uzunluğu 7200 kilometr olan Şimal-Cənub marşrutu Hindistanın Mumbayinin cənubunda yerləşən Nava Şeva limanından İran ərazisindən Sankt-Peterburqa qədər uzanır. Daşıma üçün dəniz, çay və dəmir yolu nəqliyyatından istifadə olunacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır