Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

Beynəlxalq dəniz təsnifat cəmiyyəti “OneOcean” şirkətini satın alıb

Beynəlxalq dəniz təsnifat cəmiyyəti olan “Lloyd's Register” (“LR”) təhlükəsizlik və ətraf mühitə uyğunluğu inkişaf etdirən texnologiya şirkəti “OneOcean”-ı satın aldığını bildirib.

“Seanews.az” xəbər verir ki, Avropa özəl kapital şirkəti olan “Equistone Partners Europe”-dan alınan aktiv “LR”-yə dəniz sənayesinə “uyğunluq, təhlükəsizlik, performans və ekoloji dayanıqlıq üzrə” konsaltinq xidmətləri bazarında öz mövqeyini möhkəmləndirməyə imkan verəcək.

“OneOcean”-ın imkanları müxtəlif donanma idarəetmə sistemləri, gəmi performansı və optimallaşdırılması daxil olmaqla, “LR” üçün mövcud rəqəmsal həlləri genişləndirəcək və tamamlayacaq.

Hazırda 16 000-dən çox gəmi beynəlxalq təhlükəsizlik və ətraf mühit qaydalarına riayət olunmasını təmin etmək, şəffaflığı artırmaq və mürəkkəb qayda və tapşırıqları sadələşdirmək üçün “OneOcean” rəqəmsal həllərindən istifadə edir.

“OneOcean” şirkəti üç il əvvəl “Equistone”-un ilk dəfə 2016-cı ildə sərmayə qoyduğu “ChartCo” və “Marine Press” şirkətlərinin birləşməsindən yaradılıb.

1760-cı ildə Böyük Britaniyada gəmi sahiblərinin, gəmi inşaatçılarının, gəmi mexanizmləri istehsalçılarının və sığorta şirkətlərinin könüllü birliyi kimi yaradılmış “Lloyd's Register” isə  bu gün dəniz gəmiləri üçün ən böyük təsnifat cəmiyyəti, mühəndislik və texniki xidmətlər şirkətidir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır