

Oxot dənizində iki balıqçı gəmisi toqquşub
Oxot dənizində - Kamçatka yarımadası yaxınlığında iki balıqçı gəmisi - "Zaliv Petra" və "Alexander Shalin" balıqçı gəmiləri toqquşub.
“Seanews.az” xəbər verir ki, ilkin məlumatda zərərçəkən və neft sızıntısının olmadığı bildirilib.
Qəza faktı ilə bağlı Saxalin və Maqadan nəqliyyat prokurorluqları naviqasiya təhlükəsizliyi sahəsində qanunvericiliyə riayət olunmasını yoxlayır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır