

Liberiya bayrağı altında üzən gəminin üç heyət üzvü eyni vaxtda suya düşüb
Liberiya bayrağı altında üzən “SİMBA” konteyner gəmisi Fort Corc adasını - Sent-Cons çayını (Ceksonvill, ABŞ) keçərkən üç heyət üzvü qəfildən və eyni vaxtda konteyner gəmisinin bortundan kənara düşüb.
“Seanews.az” “seafarersjournal.com”-a istinadən xəbər verir ki, dənizçilərdən biri sahilə çıxdıqdan az sonra xilas edilib.
Digər ikisinin isə axtarışı və xilas edilməsi istiqamətində əməliyyat aparılır.
İlkin məlumata görə, dənizçilərin məqsədi ABŞ-da miqrant kimi qalmaq olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır