Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-08-08,
Seanews
Heyder Eliyev

Seyşel adalarında gəmidə partlayış olub, 2 nəfər ölüb

Seyşel adalarında lövbər salmış İspaniya gəmisində baş verən partlayış nəticəsində ən azı iki dənizçi həlak olub.

“Report” xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb.

Bildirilib ki, “Albacora Cuatro” balıqçı gəmisi təmirdə olub. İlkin fərziyyələrə görə, partlayış ammonyak sızması nəticəsində baş verib.

İspan şirkətinə məxsus 88 metrlik gəmi 1974-cü ildə dənizə buraxılıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır