

Sudan limanında 16 min qoyunu daşıyan gəmi batıb
Qırmızı dənizin Sudan sahilləri yaxınlığında Suakin limanında həddindən artıq yükləmə səbəbindən içərisində 15 min 800 qoyunun olduğu "Badr 1" gəmisi batıb.
Seanews.az" xəbər verir ki, həddən artıq yükləmə səbəbindən baş verən qəza nəticəsində heyvanların hamısı boğulub. Heyət üzvləri isə xilas edilib.
Məlumata görə, Səudiyyə Ərəbistanına doğru hərəkət edən gəmi maksimum 8 min heyvan götürmək gücünə malik olub.
Liman rəhbərliyi dənizə düşən minlərlə heyvanın Qırmızı dəniz üçün iqtisadi və ekoloji problemlər yarada biləcəyi barədə xəbərdarlıq edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır