



Son bir ildə Kamçatka sularından 25 gəmi qaldırılıb
Son bir ildə Kamçatka sularından 25 gəmi qaldırılıb. Bu barədə regionun rəhbəri Vladimir Solodov XIII Beynəlxalq “Ekologiya” forumunun plenar iclası zamanı bildirib.
“Seanews.az” xəbər verir ki, Kamçatka sularının batmış gəmilərdən tam təmizlənməsi üzrə işlərə daha dörd il vaxt lazım olacaq.
2021-ci ilin oktyabrında V. Solodov TASS-a bildirmişdi ki, Avaça körfəzində naviqasiyaya mane olan 85-ə yaxın batmış gəmi iki-üç il ərzində sudan çıxarılacaq.
Xatırladaq ki, 2020-ci ilin yayında Rusiyanın Uzaq Şərqinə işgüzar səfəri zamanı Rusiyanın Baş naziri Mixail Mişustin makroregion sularını batmış gəmilərin qəbiristanlıqlarından təmizləməyə çağırmışdı.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır