

Leninqrad limanı terminallarının bir hissəsi Belarusun idarəçiliyinə verilə bilər
Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko regionun liman imkanlarının bir hissəsinin Belarusun idarəçiliyinə verilməsinin mümkünlüyünü bildirib.
“Seanews.az” xəbər verir ki, A.Drozdenko tərəflərin birləşmiş variantı nəzərdən keçirdiyini bildirib.
“Bu, qısa müddətdə liman obyektlərinin tikintisi üçün torpaq sahəsinin ayrılması və paralel olaraq mövcud terminallardan istifadəsi edilməsidir. Biz artıq bir neçə terminalın adını çəkmişik ki, bu gün ərazilərinin bir hissəsinin Belarus tərəfinə verilməsinə qədər müqavilələr bağlamağa hazırdırlar. Yük əməliyyatlarının tezliklə başlaması çox vacibdir - bu, həm Belarus, həm də Rusiya üçün strateji inkişafdır”, - deyə Belarus Respublikası üçün liman qurğusunun tikintisi layihəsini şərh edərkən söyləyib.