Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-08-08,
Seanews
Heyder Eliyev

İlin əvvəlindən Liviya sahillərində ümumilikdə 7 min 67 qeyri-leqal mühacir xilas edilib

Beynəlxalq Miqrasiya Təşkilatının bəyanatına görə, keçən həftə Liviya yaxınlığında 727 qeyri-leqal miqrant xilas edilərək sahilə çıxarılıb.

Bəyanatda, həmçinin qeyd olunur ki, cari ilin əvvəlindən Liviya sahillərində ümumilikdə 7 min 67 qeyri-leqal mühacir xilas edilib, 138 nəfər həlak olub, 462 nəfər isə itkin düşüb.

Keçən il isə dənizdə xilas edilən qaçqınların sayı 32 min 425 nəfər, həyatını itirənlərin sayı 662 nəfər, itkin düşənlərin sayı isə 891 nəfər təşkil etmişdi.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır