Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-28,
Seanews
Heyder Eliyev

Amerikalılar limanların imkanlarını artırırlar

Alabama limanında konteyner terminalının ərazisi genişləndiriləcək. “APM Terminals Mobile” Alabama Dövlət Liman İdarəsi ilə müqavilə imzalayıb. Mövcud 134 hektarlıq terminal sahəsinə 32 akr (12.9 ha) əlavə olunacaq.

“Seanews.az” xəbər verir ki, Bu, son altı ildə terminalın üçüncü genişləndirilməsidir.

Modernləşdirmədən sonra onun ötürmə qabiliyyəti bir milyon TEU-ya çatacaq. 2022-ci ilin sonunda başlayacaq genişləndirməyə 104 milyon dollar xərclənəcək.

Ən böyük liman və terminal operatoru “APM Terminals” (qərargahı Haaqada, Niderland) “A.P. Moller Maersk A/S” -in tərkibinə daxildir. Şirkətin əsas fəaliyyəti dünyanın 67 ölkəsində yerləşən və 74 limanda aktivlər və 117-dən çox ölkədaxili logistika xidmətləri daxil olmaqla, dəniz limanlarının və terminalların layihələndirilməsi, tikintisi, idarə edilməsi və istismarından ibarətdir.  

Şirkətin 22 min işçisi var. “APM Terminals” həm də Afrikada ən böyük liman və terminal operatorudur və qitənin 10 ölkəsində, o cümlədən Tangier, Mərakeş və Port Səiddə (Misir) yükaşırma məntəqələrində 12 aktivi idarə edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır